Azinfo » Siyasət » Üçtərəfli bəyənnamə çoxillik münaqişəyə son qoydu.

Üçtərəfli bəyənnamə çoxillik münaqişəyə son qoydu.

Tarix : 02-11-2022   /   Siyasət  

Üçtərəfli bəyənnamə çoxillik münaqişəyə son qoydu.

“Azərbaycanla Ermənistan liderləri arasında keçirilən danışıqlar formatından və yerindən asılı olmayaraq ölkəmizin təqdim etdiyi 5 baza prinsipi əsasında aparılır”. 

Ermənistana təqdim etdiyimiz 5 baza prinsip beynəlxalq normalara, BMT Nizamnaməsinə uyğundur və danışıqlar masasında oturan heç bir tərəf bu prinsiplərin əksini Azərbaycandan tələb edə bilməz: “ 31 oktyabrda Rusiya prezident Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüşü də Azərbaycanın regionda davamlı yaratmaq təklifi üzərində quruldu və müzakirə olunaraq razılaşdıran məsələlər ondan əvvəl razılaşdırılmış məsələlərin icrasının sürətlənməsinə töhfə verəcəkdir. Beləliklə, Soçi görüşündə əsasən 3 məsələ razılaşdırıldı. Birincisi BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi və ilin sonuna qədər konkret nəticələrə imza atmağı ilə bağlıdır. Təbii ki, ölkəmiz delimitasiya və demarkasiya prosesinin tezləşdirilməsinin tərəfdarıdır. Çünki sərhədlərin delimitasiyası və demarkasiyası bir çox mübahisəli məsələlərin həllinə gətirməklə Ermənistanla sülh müqaviləsinin imzalanmasına yol açacaqdır. İkinci razılaşma humanitar məsələlərlə bağlıdır. Belə ki, görüşdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyi qeyd olundu”.


Sülh müqaviləsinin bağlanmasından və gələcəkdə qonşuluq münasibətlərin formalaşdırılmasından danışırıqsa, əlbəttə ki, bu gün biz ölkələrimiz arası 30 illik düşmənçilik səhifəsini bağlayıb təmiz səhifədən başlamalıyıq: “Açılacaq yeni səhifə xalqlar arasında etimad mühitinin yaranmasına və birgə yaşayışa söykənməlidir. Üçüncü məsələ kommunikasiyaların açılmasıdır. Hesab edirəm ki, Ermənistan ilk növbədə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tərkib hissəsi olan Qərbi Zəngəzurdan azərbaycanlıların maneəsiz keçidini təmin etməlidir. Sonrakı mərhələdə isə ölkələrimiz arası bütün kommunikasiyalar açılmalıdır. Açılacaq digər kommunikasiyalar Azərbaycan və Ermənistanın suveren hüquqlarına əsaslanmalıdır. Yəni, Zəngəzur dəhlizin digər açılacaq kommunikasiyalardan fərqli statusu olmalıdır. Bu status Naxçıvana maneəsiz keçidlə bağlıdır . Rusiya tərəf olaraq Azərbaycan Ermənistan arasında mübahisələrin ədalətlə həll edilməsinə, o cümlədən Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verməsinə hazır olduğunu bir daha bildirdi.


 Cənubi Qafqazda sülhün və sabitliyin formalaşması üçün revanşistləri ruhlandıran siyasəti heç bir tərəfdən heç bir halda gündəmə gətirilməməlidir. Hesab edirəm ki, Soçidə keçirilən üçtərəfli görüşdə bu məsələ ətrafında da fikir mübadiləsi olmuş və bundan sonra hər bir tərəf özünün açıqlamalarına diqqətli olacaqdır. Regionun gələcəyi davamlı sülhün üzərində qurulmalıdır və düşünürəm ki, Soçi görüşünün də bu istiqamətdə töhfəsi olacaqdır”.

Əlibala Nəbiyev
YAP Masallı rayon təşkilatı
Banbaşı ərazi partiya təşkilatının sədri

Şərhlər: 0

Şərh yaz