Azinfo » Siyasət » Erməni işğalçıları tərəfindən viran edilən ərazilərimiz cənnətə çevriləcək.

Erməni işğalçıları tərəfindən viran edilən ərazilərimiz cənnətə çevriləcək.

Tarix : 03-11-2022   /   Siyasət  



Cənab Prezident İlham Əliyevin Əlcəzairdə Milli Mücahid muzeyini ziyarət edərkən xatirə kitabına ürək sözlərini yazması kolonial siyasətə qarşı çıxdığını, humanizmi dəstəklədiyini təsdiqləyir. Eyni zamanda, Əlcəzair xalqının qurbanlarının xatirəsini dərin ehtiramla yad etməsi ölkə rəhbərimizin insanpərvər olduğunu isbat edir və bunu da bütün dünya gördü. Bütün dünya ictimaiyyəti gördü və bir daha şahidi oldu ki, Azərbaycanın dövlət başçısı həmişə olduğu kimi, humanizmin tərəfindədir və hər zaman haqqın, ədalətin yanindadir. Hər kəs şahidi oldu ki, ölkəmizin Prezidenti hansı dövlət olmasından asılı olmayaraq ədalətsizliyə, haqsızlığa, vəhşiliyə qarşıdır və Fransanın bir əsrdən çox müddət ərzində törətdiklərini cəsarətlə pisləyir. Bu fakt özü ölkə rəhbərinin yenə də qətiyyətindən, siyasi iradəsinindən xəbər verir.


Azərbaycan Prezidenti Əlcəzairdə səfərdə olduğu zaman öz çıxışında Fransaya ciddi mesajlar verdi. Bu mesajlar Fransa prezidenti Makron, onun hakimiyyət komandası, hətta Fransa Senatı üçün tərs şillə oldu. Çünki humanizmdən dəm vuran bir Avropa ölkəsinin öz əməlləri, qeyri-humanis hərəkətləri xatırladıldı və bu barədə cəsarətlə bəyan edildi. Bu, əslində bir çox məqamlara aydınlıq gətirmək üçün kifayət etdi və Fransanın necə bir dövlət olduğu barədə məlumatsızlar üçün də yetrli oldu. Bəlkə də Fransanın bu zamana qədər dünyaya guya humanizmi dəstəklədiyini bəyan etməsi bir heçə çevrildi və bu ölkənin əsl siması hər kəsə bəlli oldu, çünki humanizmi dəstəkləyən bir ölkə vəhşiliklərə, amansız hərəkətlərə, müharibə dəhşətlərinə imza atmazdı. Amma Fransa bu amansızlıqlara imza ataraq bir xalqa qarşı vəhşiliklər tərədib, deməli, bu ölkənin humanizmdən danışmaq üçün haqqı belə çatmır.


İllərdik ki, Ermənistanın işğalçılıq siyasətini, haqsız mövqeyini həyasızlıqla, ədalətsizliklə, ikiüzlu şəkildə müdafiə edən, terrorçuları dəstəkləyən, bir ölkənin, guya əzilən bir toplumun müdafiəsinə qalxmaq niyyətində olmadığı onsuz da bizə bəlli idi. Bəlli idi ki, Fransanın səlahiyyətliləri həmin ölkədəki seçkilərdə erməni əsillilərin təsir gücündən qorxurlar. Yəni, başda elə Emmanuel Makron olmaqla Fransa hökumətinin səlahiyyətliləri orada məskunlaşan ermənilərin dəstəyindən məhrum olmaqdan qorxur və ehtiyat edirlər. Bu qorxaqlar özlərinə görə, özlərinin seçilmələrində problem olmamasına görə hər addımda ermənilərə yaltaqlanırlar. Hansısa bir müddət erməniləri dəstəkləyib onları “zərərsizləşdirənlər”, seçki sınağından keçdikdən sonra, bir sözlə, quyruqları qapı arasından çıxdığı zaman nəinki oradakı erməniləri, heç Ermənistanın özünü belə saya salmırlar. Bunu bir çox erməni politoloqları da etiraf edirlər. Ələlxüsus, Ermənistanın baş naziri ölkəsinin ən çətin durumunda, son dərəcə məğlubiyyət acısı yaşayarkən Makrona zəng vurması fonunda carəsiz, köməksiz, hətta cavabsız qalması erməni siyasətçilərinin Fransa əleyhinə fikirlər söyləməsi ilə nəticələndi. Onların bir qismi bildirir ki, Fransa Ermənistana heç də dəstək durmur və yalnız özləri dəstək gözləyirlər deyə barələrində xoşlarına gələcək ifadələr səsləndirirlər. Bu da çox çılpaq şəkildə indi ortaya çıxır və indi Fransanın ünvanına həmin fikirlər bu çılpaq həqiqətləri təsdiqləyir.


Uzun zamandır ermənilərin haqsızlığı, cinayətkarlığı fonunda Fransa kimi bir Avropa ölkəsi nəyə görə, hansı niyyət güdməsindən asılı olmayaraq Ermənistanı dəstəkləyirdi və bunu nümayişkaranə şəkildə edirdi. Elə indi də belə edir. Fransanın dəstəklədiyi guya ki, əzilən erməni xalqı olub və bu ölkə guya qəti şəkildə insanların əziyyət çəkməsi, humanizm prinsplərinin pozulması ilə razılaşa bilmir, halbuki Əlcəzairdə etdikləri vəhşiliklər bunun yalan olduğunu isbatlayır. Fransa humanizmin belə tərəfində idisə, niyə 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olan müharibə apardı və milyon yarım insanın həyatına sön qoydu? “Özünə umac ova bilməyən sanki, başqasına əriştə kəsir”, zərb məsəlində olduğu kimi, bu Avropa ölkəsi Əlcəzairdə öz etdikləri vəhşiliklərə görə cavab vermək əvəzinə, Ermənistanın tərəfini saxlayan kimi özünü göstərirsə, bu heç də normal hal deyil, rişğəndlə qarşılanan utancverivi məqamdır. Buna baxmayaraq, Erməni işğalçıları tərəfindən viran edilən ərazilərimiz cənnətə çevriləcək.




Elmar Qulamov
YAP Masallı rayon təşkilatının fəal üzvü

Şərhlər: 0

Şərh yaz