Ermənistanın etirafı, müharibə cinayətlərinin sübutudur.

Azərbaycan xalqı dünyanın ən zəngin irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib. Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəindən bu dövrdə 70-ə yaxın məscid məhv edilib. Bütövlükdə isə, işğal altında olunmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub.
Azərbaycan dövləti İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı. Dövlətimizin başçısı 2022-ci ilin noyabrın 8-də Zəfər Günündə xalqa müraciətində dedi: “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”.
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti 1988-1994-cü illər ərzində daha da kəskinləşmiş və xalqımza qarşı insanlıq tarixinə sığmayacaq formada hərbi cinayətlər törədilib: “Bu illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Tarixi faktlar sübut edir ki, rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri əsla nə miqyas, nə də ki sərhəd tanıyıb”. Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlər barədə kifayət qədər dəlil mövcuddur. Amma dünya ictimaiyyəti bunu görmək istəmir. Hətta bizim əsgərlərin cəsədləri üzərində qəddarlıqlar görürük.
Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan əvvəllər olduğu kimi beynəlxalq humanitar hüquq normalarını heçə sayaraq müxtəlif müharibə cinayətləri törətməyə davam etmişdir. Həm Birinci Qarabağ müharibəsi, həm də atəşkəs müqaviləsinin qüvvədə olduğu dövrdə Ermənistan tərəfindən törədilmiş müxtəlif kateqoriyalı beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin və diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb olmuşdur. “Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. Bu silahlar beynəlxalq səviyyədə qadağan edilib. Həmçinin Ermənistan Azərbaycan ərazilərini minalayıb” Ermənilərin insanlığa qarşı olan cinayətlərinə baxmayaraq Azərbaycan Ordusunun hərbi qulluqçuları humanistlik göstərir, Beynəlxalq Humanitar Hüquq normalarına riayət etməyi üstün tutur.
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində tədbirlər görülmüş, ermənilərin hər cür təxribatlarının qarşısını bundan sonra da almağa, döyüş tapşırıqlarını qəhrəmanlıq göstərərək yerinə yetirməyə qadir olan yeni “Komando” hərbi hissələri yaradılmışdır.
Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanımız tərəfindən qarşıya qoyulmuş hər bir tapşırığın və əmrin yerinə yetirilməsinə hər an hazırdır.
Şükürova Aytən Nadir qızı
YAP Masallı rayon təşkilatının fəalı
Şərhlər: 0
Şərh yaz
