Azinfo » Siyasət » Qərbi Azərbaycan ərazisi əzəli Azərbaycan torpağıdır.

Qərbi Azərbaycan ərazisi əzəli Azərbaycan torpağıdır.

Tarix : 28-12-2022   /   Siyasət  


Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil.Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. 

Tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirən sovet hökuməti Qərbi azərbaycanlıları dədə-baba torpaqlarından didərgin saldı. Sovet və erməni birliyinin məkrli planından sonra Qərbi azərbaycanlılar qanunsuz olaraq deportasiyaya məruz qaldı.Bu plan təkcə torpaqlarımızı ələ keçirmək üçün deyil, Azərbaycanı Naxçıvandan və Türkiyədən ayırmaq üçün əsas addım idi. Əlbəttə ki, bunun arxasında türk fobiyası dayanırdı. Erməni millətçiləri yaxşı bilirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı onlar üçün sözün əsl mənasında böyük güc olacaqdı. Məhz buna görə də, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə məkrli planın ilk addımları atılmağa başladı. Onlar Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər.

Xalqımıza qarşı törədilən dəhşətli cinayət bununla bitmədi. Dəfələrlə azərbaycanlıları sıxışdırıb yurd-yuvalarından çıxarmağa çalışdılar. Ermənilərin vətəndaşlarımıza qarşı xain planı öz himayədarlarının dəstəyi ilə işləyirdi.


1980-ci illərin sonlarında isə sovet hökumətinin havadarlığı ilə erməni millətçiləri Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə etdi. Xalqımıza qarşı növbəti cinayət 1987-ci ilin noyabr ayında törədildi. Həmin il Ulu Öndər Heydər Əliyev artıq bütün vəzifələrdən uzaqlaşdırılmışdır. Bu da vandalların işinə yaramışdı. Şübhəsiz ki, Qərbi Azərbaycanlılar tarixi torpaqlarına qovuşacaqlar. Qərbi Azərbaycan vətəndaşları hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dekabrın 24-də İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmasını misal göstərmək olar. Bu onu göstərir ki, Cənab Prezident heç vaxt heç bir vətəndaşını unutmur, öz qayğısını göstərir. Cənab İham Əliyev Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplum olduğunu vurğulayıb. Qərbi Azərbaycan ərazisi əzəli Azərbaycan torpağıdır. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalı olduğunu qeyd edib.


Görüşdə Qərbi Azərbaycan İcmasının yaranması və onun fəaliyyəti ilə bağlı cənab Prezidentə məlumat verilib və bildirilb ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaşqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənıdlərin toplandığı və saxlandığı yeganə ictima qurumdur.Prezident   ikinci dəfədir ki, bu binada olduğunu vurğulayıb və   on iki il bundan əvvəl binanın açılışında iştirak etdiyini bildirmişdir. Bina prezidentin göstərişimlə inşa edildiyini  və məcburi köçkünlər üçün nəzərdə tutulduğunu bildirmişdir. 
                  
Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsusdur.
          
Ölkə rəhbəri bu il ərzində baş verən bir çox önəmli hadisələr haqqında da məlumat vermişdir.Azərbaycan-Ermənistan sərhəddində keçirilən məcburi əməliyyatdan danışmışdır.Əldə edilən uğurların gələcək üçün zəmin olduğunu qeyd etmişdir.
            
Cənab Prezident Laçın yolunda baş verən hadisələrə də aydınlıq gətirmişdir.Qeyd etmişdir ki,təbii sərvətlərimizin istismar edilməsi beynəlxalq hüquqi normaya görə cinayətkarlıqdı. Sonda cənab Prezident bir daha vurğulamışdır ki, Qarabağa   qayıdış davam edir, əminəm ki, Qərbi azərbaycanlılar da qayıdacaqlar.
 


Sadıxov Zahid Ayaz oğlu.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı
Türkoba ərazi partiya  təşkilatının sədr  müavini

Şərhlər: 0

Şərh yaz