Davos Dünya İqtisadi Forumu cərşivəsində keçirilən iclasında Prezident İlham Əliyev iştirak etmişdir.

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi, Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. İclasda Prezident İlham Əliyev ona unvanlanan suallara ətraflı şəkildə cavab verib.Orta Dəhlizlə bağlı hökumətlərarası səviyyədə nəyi gözləyə bilərik? Sualına cavab olaraq cənab Prezident bildirib ki,Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki,bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Azərbaycan özünün Qərbində və Şərqində olan ölkələrlə gözəl münasibətdədir.Buna görə də Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşühidə edirik.Bu,sadəcə başlanğıcdır. Prezident İlham Əliyev digər suala da cavab olaraq bildirib ki, bu sadəcə dəhliz deyil, bizim böyük gözləntilərimiz var. Əlbəttə,bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Cənab Prezident ,həmçinin bildirmişdir ki,bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır.Prezident İlham Əliyevin sözlərinə görə bu, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə geniş imkan yaradacaq, Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradacaq. Prezident İlham Əliyev onu da vurğulayıb ki, tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq və ümidvarıq ki,bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq. Cənab Prezident bildirib ki, biznes mühitinin təkmilləsdirilməsi uğurun əsas amillərindəndir.Dünyanın ən inkişaf etmiş ölkələrinin də əlavə investisiyalara ehtiyacı var. Daha sonra cənab Prezident Azərbaycanla Gürcüstan,Azərbaycanla Türkiyə, Gürcüstan və Türkiyə arasındakı əlaqələrdən söz açıb və əlaqələrin bəhrə verdiyini də vurğulayıb.Eyni zamanda Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsindən danışıb ki,bunun da nəticə etibari ilə Xəzər dənizinə və bizim istiqamətimizə gələcəyini qeyd edib. Prezident İlham Əliyev ona ünvanlanan digər suallarıda cavablandırıb.Enerji ilə bağlı suala da cavab olaraq bildirib ki,ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma Memarandumunda bizim 2027- ci ilə kimi təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur.Çünki enerji ilə bağlı potensial çox böyükdür. Moderatorun hazırda Ermənistanla münasibətlər necədir? Sualına cənab Prezident belə cavab verib: ”Əfsuslar olsun ki,Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib.Bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi.Ermənistan buna hazır deyil.Əgər 3 Qafqaz ölkəsi enerji,nəqliyyat,təhlükəsizlik,sabitlik,sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə,region daha təhlükəsiz olar
Ş.Xəlilova. S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi
Şərhlər: 0
Şərh yaz
