Azinfo » Siyasət » Prezident İlham Əliye Previn Macarıstana rəsmi səfəri zamanı tarə Budapeştdə mətbuataixind verdiyi bəyanat.

Prezident İlham Əliye Previn Macarıstana rəsmi səfəri zamanı tarə Budapeştdə mətbuataixind verdiyi bəyanat.

Tarix : 02-02-2023   /   Siyasət  
   


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə mətbuata bəyanatla çıxış edib. Çıxışa başlayan Prezident İlham Əliyev dəvətə və qonaqpərvərliyə görə Macarıstanın Baş nazirinə öz təşəkkürünü bildirərək iki ölkə arasındakı sıx dostluq əlaqələrindən danışıb və qeyd edib ki, bu dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.
             
Prezident qeyd edib ki, imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir və göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.
             
Cənab prezident NABUKKO layihəsi haqqında da müəyyən xatırlamalar etmişdir. Prezident bildirmişdir ki, maliyyə mənbəyi müəyyən edilmədiyi üçün bu layihə icra edilməmişdir, lakin Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi.
             
Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsi indi canlanmışdı. Azərbaycan qazı Bolqarıstana, Ruminiyaya, Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çardırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakşısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
             
Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra-təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır:etibarlı tərəfdaş.
           
Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən  ay imzalanmış sazişə əsasən,Azərbaycan yaşıl enerjisini Avropaya  çatdıracaq .
           
Prezident İlham Əliyev bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr haqqındada məlumat vermişdir. Cənab Prezident bildirmişdir ki, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar. Prezident İlham Əliyev vurgulamışdır ki bu layihə böyük maliyyə tələb edir.
             
Cənab Prezident bildirmişdir ki, əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır, eyni zamanda nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Artıq yüklərin ötürülməsinə baçlamışıq. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər.
         
Sonra cənab Prezident digər əməkdaşlıq sahələri haqqında danışıb. Bu, təhsil və minatəmizləmə ilə bağlı olub.Cənab Prezident bildirib ki,Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.


 Ş.Xəlilova.
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi

Şərhlər: 0

Şərh yaz