Azinfo » Siyasət » Daxili siyasət » Ülviyyə Cəlilzadə: COP29-dan sonra Dünya İqlim Fondu KOBİA ilə əməkdaşlıqda maraqlıdır

Ülviyyə Cəlilzadə: COP29-dan sonra Dünya İqlim Fondu KOBİA ilə əməkdaşlıqda maraqlıdır

Tarix : 02-10-2024   /   Siyasət / Daxili siyasət  

Bu gün Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və fondun təmsilçisi Ülviyyə Cəlilzadə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün səmərəli görüş keçiriblər. Görüş zamanı KOBİA-nın Dünya İqlim Fondu ilə əməkdaşlığının Bakıda keçiriləcək COP29 tədbirindən sonra da davam etdirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə, fond prezidenti Yens Nilsonun KOBİA ilə əməkdaşlığa açıq olduğunu vurğulayıb. O, qeyd edib ki, COP29 tədbirindən sonra da bu əməkdaşlığın uzunmüddətli olacağına inanırlar və hər iki tərəf üçün faydalı olacağını düşünürlər.

Bu əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. KOBİA ilə Dünya İqlim Fondu arasındakı əməkdaşlıq, xüsusilə kiçik və orta biznesin yaşıl texnologiyalara və ekoloji layihələrə inteqrasiyasına böyük töhfə verə bilər.

Şərhlər: 0

Şərh yaz