Azinfo » Siyasət » Daxili siyasət » Masallıda məktəb üçün tikilmiş əlavə sinif otaqlarının açılışı olub

Masallıda məktəb üçün tikilmiş əlavə sinif otaqlarının açılışı olub

Tarix : 08-10-2024   /   Daxili siyasət / Sosial xəbərlər  
Bala Kolatan kəndində tam orta məktəbin genişlənməsi məqsədilə yeni sinif otaqlarının açılışı baş tutub. Xeyriyyəçilərin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində, 200 kvadrat metrlik ərazidə əlavə 5 sinif otağı tikilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev, şəhid ailələri və kənd ictimaiyyəti iştirak ediblər.

Məktəbin açılışı öncəsi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Araz Əhmədov, ölkədə təhsilə ayrılan diqqət, yeni təhsil ocaqlarının inşası və təhsilin keyfiyyətinin artırılması üçün görülən işlərdən danışıb. Xeyriyyəçilərə təşəkkür edərək onların əməklərinin yüksək qiymətləndirildiyini vurğulayıb. Tədbirin digər çıxışçısı Bəhruz Mehdiyev də təhsil sektorunda həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.

Şəhid atası və kənd ağsaqqalları, ölkə başçısıcənabİlhamƏliyevə,  birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Elm və Təhsil Naziri Emin Əmrullayə və rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədova minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki. Məktəbin əsas binası bir müddət öncə əvvəl dövlət vəsaiti hesabına əsaslı təmir olunmuşdu və yeni sinif otaqları ilə birgə, məktəbdə tədris artıq bir növbəli şəkildə həyata keçiriləcək.

Şərhlər: 0

Şərh yaz