Azinfo » Siyasət » Daxili siyasət » Əli Əsədov: Hökumətin əsas vəzifələrindən biri inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq

Əli Əsədov: Hökumətin əsas vəzifələrindən biri inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq

Tarix : 16-12-2024   /   Siyasət / Daxili siyasət  
Sizlərin əksəriyyəti təbii olaraq təmsil etdikləriniz rayonlarda kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edirsiniz.

Azinfo.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

“Hökumət əhali qarşısında bütün sosial öhdəlikləri tam şəkildə yerinə yetirmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və gələcək iqtisadi artıma zəmin yaratmaq üçün bütün resurslarını səfərbər edir. Təbii olaraq büdcədən gözləntilər hər zaman çox yüksəkdir. Lakin qaldırılan bütün məsələlərin hamısı eyni zamanda və bir il ərzində həll edilə bilməz. Büdcə bizim imkanlarımızı əks etdirir”, - deyə Baş nazir qeyd edib.

Şərhlər: 0

Şərh yaz