Azinfo » Siyasət » Daxili siyasət » Azərbaycanda 10 partiya MSK-ya maliyyə hesabatı təqdim etməyib

Azərbaycanda 10 partiya MSK-ya maliyyə hesabatı təqdim etməyib

Tarix : 11-05-2022   /   Siyasət / Daxili siyasət  
Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etməsi prosesi yekunlaşıb.

Dövlət qeydiyyatında olan 58 partiyadan 48-i 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib və həmin partiyaların siyahısı MSK-nın saytında yerləşdirilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idi.

MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Şərhlər: 0

Şərh yaz