Azinfo » Siyasət » Daxili siyasət » Səfir: “Ukraynaya verdiyi dəstək üçün Azərbaycana çox təşəkkür edirik”

Səfir: “Ukraynaya verdiyi dəstək üçün Azərbaycana çox təşəkkür edirik”

Tarix : 19-09-2022   /   Siyasət / Daxili siyasət  
Ukraynaya verdiyi dəstək üçün Azərbaycana çox təşəkkür edirik.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Azərbaycan davamlı şəkildə ölkəmizə bu çətin zamanda humanitar yardım göndərdi. Bura dərmanlar, geyim, və ərzaq daxil idi. Bu humanitar dəstəyi qiymətləndirir və Azərbaycana təşəkkür edirik”, - o qeyd edib.

Diplomat Azərbaycanın da müharibə ağrısı yaşadığını xatırladıb. Səfir Kanevski azərbaycanlı uşaqların da illər əvvəl ukraynalı, polşalı uşaqlar kimi müharibə travması yaşadığını vurğulayıb.

Şərhlər: 0

Şərh yaz