Azinfo » Siyasət » Daxili siyasət » PA rəsmisi: Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır

PA rəsmisi: Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır

Tarix : 28-09-2022   /   Siyasət / Daxili siyasət  
Sosial mediada problemlərin olduğu hər kəsə bəllidir. Beyin mərkəzləri o qədər güclü inkişaf etməli və mükəmməl olmalıdır ki, sosial media cəmiyyəti çaşdırmasın.

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

Dünyada ədalətsizlikdən və ikili standartlardan danışan Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizə qarşı ədalətsiz münasibətini qeyd edib.

“Biz bu münasibəti torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə gördük. Azərbaycan BMT TŞ-nin qətnamələrini özü yerinə yetirdi ki, bu da BMT-nin yarandığı tarixdən ilk belə hal idi", - o qeyd edib.

Şərhlər: 0

Şərh yaz