Azinfo » Siyasət » Daxili siyasət » Gələn il azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsait açıqlanıb

Gələn il azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsait açıqlanıb

Tarix : 25-10-2022   /   Siyasət / Daxili siyasət  
Gələn il işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi üçün ötən ildən 12,4% çox vəsait ayrılacaq.

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Şərhlər: 0

Şərh yaz