Azinfo » Siyasət » Daxili siyasət » Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi dəyişib

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi dəyişib

Tarix : 20-12-2022   /   Siyasət / Daxili siyasət  
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər əlavə edilib:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 59-a çatıb.

Şərhlər: 0

Şərh yaz