Azinfo » Siyasət » Daxili siyasət » "Qaçqınkom"un Kollegiya üzvlərinin sayı artırılıb

"Qaçqınkom"un Kollegiya üzvlərinin sayı artırılıb

Tarix : 10-03-2023   /   Siyasət / Daxili siyasət  
“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Maliyyə şöbəsinin müdiri və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Kollegiyanın üzvləri sırasına daxil edilib.

Şərhlər: 0

Şərh yaz