Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilib

20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunacaq.
Azinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda Mədəniyyət Nazirliyinə, Prezidentin müvafiq xüsusi nümayəndəlikləri ilə birgə, bu qərardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək üçün müvafiq addımlar atmalıdır.
Şərhlər: 0
Şərh yaz
