Masallının icra başçısı Vətən müharibəsi iştirakçısının yas mərasimində iştirak edib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Millət vəkili Məşhur Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi iştirakçısı Azər Mirzəyevin yas mərasimində iştirak ediblər.
Masallı rayonunun Ərkivan qəsəbə sakini olan Azər Rafiq oğlu Mirzəyev, 1998-ci il təvəllüdlü, 44 günlük Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri idi. O, təəssüf ki, böyrək çatışmazlığı səbəbindən dünyasını dəyişib. Mərhum doğulduğu Ərkivan qəsəbəsinin Zeynoba məhəllə qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz