Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident İlham Əliyev Əl-Əzhər Şeyxinə başsağlığı verib

Prezident İlham Əliyev Əl-Əzhər Şeyxinə başsağlığı verib

Tarix : 16-11-2024   /   Siyasət / Rəsmi xəbər  
Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyibə başsağlığı verib.

Azinfo.az xəbər verir ki, başsağlığında deyilir:
“Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Şərhlər: 0

Şərh yaz