Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan dövlət başçısı Vuçiçi təbrik edib

Azərbaycan dövlət başçısı Vuçiçi təbrik edib

Tarix : 05-04-2022   /   Siyasət / Rəsmi xəbər  

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:

“Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Şərhlər: 0

Şərh yaz