Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan Prezidenti: “Laçından yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır”

Azərbaycan Prezidenti: “Laçından yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır”

Tarix : 12-04-2022   /   Siyasət / Rəsmi xəbər  

“Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu yolun da çox böyük əhəmiyyəti var və biz bunu artıq bu il istismara verməliyik: “Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib.

İndi sərhəddə rahat xidmət etmək mümkündür”.

Şərhlər: 0

Şərh yaz