Azinfo » Siyasət » Rəsmi xəbər » Üç ayda xarici ticarətin balansında müsbət saldo 5 mlrd. dollardan çoxdur

Üç ayda xarici ticarətin balansında müsbət saldo 5 mlrd. dollardan çoxdur

Tarix : 13-04-2022   /   Siyasət / Rəsmi xəbər  

“Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo - cəmi üç ayda 5 milyard dollardan çoxdur”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu, çox böyük rəqəmdir: “Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir - bizim ixracımız idxalı üstələyir".

Şərhlər: 0

Şərh yaz