Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident Rusiya XİN-in Azərbaycan-Ermənistan üzrə xüsusi nümayəndəsini qəbul edib

Prezident Rusiya XİN-in Azərbaycan-Ermənistan üzrə xüsusi nümayəndəsini qəbul edib

Tarix : 25-04-2022   /   Siyasət / Rəsmi xəbər  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub.

Şərhlər: 0

Şərh yaz