Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan Prezidenti: "İşğalla bağlı vəziyyət Ermənistan üçün də, həmsədrlər üçün də məqbul idi"

Azərbaycan Prezidenti: "İşğalla bağlı vəziyyət Ermənistan üçün də, həmsədrlər üçün də məqbul idi"

Tarix : 29-04-2022   /   Siyasət / Rəsmi xəbər  
"BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, 27 ildə onların heç biri icra edilmədi, biz özümüz onları icra etdik".

Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda London beyin mərkəzinin nümayəndəsi, St Andrews Universitetinin professoru Rik Faunun sualına cavabında bildirib.

Dövlətimizin başçısı deyib ki, o qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Onların nə üçün özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. “İşğalla bağlı vəziyyət onlar üçün - Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Bizə isə məqbul deyildi, biz azlıqda idik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Şərhlər: 0

Şərh yaz