Prezidentin Zəngilan rayonuna xüsusi nümayəndəsi təyin edilib
Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Şərhlər: 0
Şərh yaz
