Azinfo » Siyasət » Rəsmi xəbər » Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

Tarix : 21-05-2022   /   Siyasət / Rəsmi xəbər  
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik”

Şərhlər: 0

Şərh yaz