Azinfo » Siyasət » Rəsmi xəbər » Çexiya dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Çexiya dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix : 24-05-2022   /   Siyasət / Rəsmi xəbər  

"Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Şərhlər: 0

Şərh yaz