Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident: “Ermənilərin istər Qarabağda, istər başqa yerlərdə yaşamasında heç bir problem yoxdur”

Prezident: “Ermənilərin istər Qarabağda, istər başqa yerlərdə yaşamasında heç bir problem yoxdur”

Tarix : 27-05-2022   /   Siyasət / Rəsmi xəbər  
Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

“Biz bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur. O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına - istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur", - Prezident İlham Əliyev vurğulayıb.

Şərhlər: 0

Şərh yaz