Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan və Türkiyə prezidentləri “TEKNOFEST Azərbaycan” festivalında aviaşou izləyiblər

Azərbaycan və Türkiyə prezidentləri “TEKNOFEST Azərbaycan” festivalında aviaşou izləyiblər

Tarix : 28-05-2022   /   Siyasət / Rəsmi xəbər  
Bu gün “TEKNOFEST Azərbaycan” texnoloji festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə növbəti aviaşou təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aviaşounu izləyib.

Aviaşouda Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25, MİQ-29 qırıcı təyyarələri, Türkiyənin "Hürkuş" təlim təyyarəsi və "Atak" zərbə helikopterləri, o cümlədən "Solo Türk" və "Türk ulduzları" mürəkkəb manevrlər nümayiş etdirib.

Şərhlər: 0

Şərh yaz