Azinfo » Siyasət » Rəsmi xəbər » Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix : 29-05-2022   /   Siyasət / Rəsmi xəbər  
Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

təbrik məktubunda bildirilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Şərhlər: 0

Şərh yaz