Maldiv Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
Maldiv Prezidenti İbrahim Məhəmməd Solih Prezident İlham Əliyevə təbrik ünvanlayıb.Təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Maldiv hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
Şərhlər: 0
Şərh yaz
