Azinfo » Siyasət » Rəsmi xəbər » Yamaykanın Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Yamaykanın Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tarix : 31-05-2022   /   Siyasət / Rəsmi xəbər  
Yamaykanın Baş naziri Endryu Holness Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Yamayka hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına səmimi təbriklərimi çatdırıram.

Yamayka əsası 1995-ci ildə qoyulmuş diplomatik münasibətlərimizə böyük önəm verir və qarşıdakı illərdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.

Zati-aliləri, xahiş edirəm, Azərbaycan hökumətinə və xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin".

Şərhlər: 0

Şərh yaz