Şri-Lanka Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksa Prezident İlham Əliyevə təbrik ünvanlayıb.Təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Şri-Lanka Demokratik Sosialist Respublikasının hökuməti və xalqı adından Sizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ümidvaram ki, Şri-Lanka ilə Azərbaycan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə ölkələrimizin mənafeyi naminə daha da möhkəmlənəcəkdir.
Zatı-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".
Şərhlər: 0
Şərh yaz
