Azinfo » Siyasət » Rəsmi xəbər » Kot-d'İvuar Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Kot-d'İvuar Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Tarix : 02-06-2022   /   Siyasət / Rəsmi xəbər  
Kot-d'İvuar Respublikasının Prezidenti Alassane Uattara Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Kot-d'İvuar hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın maraqlarına uyğun olaraq möhkəmləndirilməsi və genişləndirilməsi üçün Zati-alinizlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

Şərhlər: 0

Şərh yaz