Azinfo » Siyasət » Rəsmi xəbər » Syerra-Leone Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Syerra-Leone Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Tarix : 07-06-2022   /   Siyasət / Rəsmi xəbər  
Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Şərhlər: 0

Şərh yaz