Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident İlham Əliyev: Azərbaycan-Misir münasibətləri inkişaf edəcək və genişlənəcək

Prezident İlham Əliyev: Azərbaycan-Misir münasibətləri inkişaf edəcək və genişlənəcək

Tarix : 23-07-2022   /   Siyasət / Rəsmi xəbər  


“Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur”.

Bu barədə Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Misirin milli bayramı – İnqilab Günü münasibətilə ünvanladığı məktubda bildirilib.

“İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcək”, - Azərbaycan dövlət başçısı qeyd edib.

Şərhlər: 0

Şərh yaz