Azinfo » Siyasət » Rəsmi xəbər » Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib - YENİLƏNİB

Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib - YENİLƏNİB

Tarix : 09-08-2022   /   Siyasət / Rəsmi xəbər  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.
Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb.

Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.
Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.
***
17:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xiddməti məlumat yayıb.

Şərhlər: 0

Şərh yaz