Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident İlham Əliyev Özbəkistana səfərə gedib

Prezident İlham Əliyev Özbəkistana səfərə gedib

Tarix : 15-09-2022   /   Siyasət / Rəsmi xəbər  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib.

Səmərqənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər: 0

Şərh yaz