Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan Prezidenti: Aİ ilə sazişin böyük əksəriyyəti razılaşdırılıb

Azərbaycan Prezidenti: Aİ ilə sazişin böyük əksəriyyəti razılaşdırılıb

Tarix : 07-10-2022   /   Siyasət / Rəsmi xəbər  
Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır.

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Avropa üçün də çox önəmlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Şərhlər: 0

Şərh yaz