Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident: Azərbaycan və Türkiyə bütün xoş günlərdə bərabərdir

Prezident: Azərbaycan və Türkiyə bütün xoş günlərdə bərabərdir

Tarix : 21-10-2022   /   Siyasət / Rəsmi xəbər  
“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmisiniz demək mənim üçün böyük şərəfdir”.

Bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Bu gün biz Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq. Bu gün Zəngilan Hava Limanını açdıq. Yəni bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik”, - dövlət başçısı qeyd edib.

Şərhlər: 0

Şərh yaz