Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident: Azərbaycanın Qarabağ Zəfəri regionda yeni layihələr üçün əlverişli imkan yaradıb

Prezident: Azərbaycanın Qarabağ Zəfəri regionda yeni layihələr üçün əlverişli imkan yaradıb

Tarix : 14-12-2022   /   Siyasət / Rəsmi xəbər  


“2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi, Qarabağ münaqişəsi həll edildi və bu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı”.

Bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, hazırda dünyada yeni çağırışlar və təhdidlər var: “Bu səbəbdən digər sahələrlə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”.

Şərhlər: 0

Şərh yaz