Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident: Enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq

Prezident: Enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq

Tarix : 03-02-2023   /   Siyasət / Rəsmi xəbər  
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq.

Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

“Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Şərhlər: 0

Şərh yaz