Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan Prezidenti: Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Azərbaycan Prezidenti: Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Tarix : 03-03-2023   /   Siyasət / Rəsmi xəbər  
Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə ünvanladığı təbrik məktubunda deyilir.

“Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm”, - qeyd olunub.

Şərhlər: 0

Şərh yaz