Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan Prezidenti: Yeni regionlardan olan təmsilçilərin NGBM-yə qoşulması müsbət amildir

Azərbaycan Prezidenti: Yeni regionlardan olan təmsilçilərin NGBM-yə qoşulması müsbət amildir

Tarix : 09-03-2023   /   Siyasət / Rəsmi xəbər  
Yeni regionlardan olan təmsilçilərin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) fəaliyyətinə qoşulması müsbət amildir.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edərkən bildirib.

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini deyib, bu təsisatın beynəlxalq səviyyədə nüfuzunun və çəkisinin artırılmasının, vacib platformaya çevrilməsinin əhəmiyyətini vurğuladı, onun sıralarının genişlənməsini və yeni regionlardan olan təmsilçilərin Mərkəzin fəaliyyətinə qoşulmasını müsbət amil kimi dəyərləndirib.

Şərhlər: 0

Şərh yaz