Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

Tarix : 25-03-2023   /   Siyasət / Rəsmi xəbər  
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulunu təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.



Şərhlər: 0

Şərh yaz