Azinfo » Siyasət » Xarici siyasət » XİN: Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır

XİN: Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır

Tarix : 22-04-2023   /   Siyasət / Xarici siyasət  
Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində mina partlayışı zamanı üç hərbçimizin xəsarət alması barədə paylaşım edib.

azinfo.az APA-nın xəbərinə istinadən bildirir ki, XİN-in "Twitter"də paylaşdığı məlumatda deyilir: "Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, mina partlayıb və nəticədə 3 azərbaycanlı hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır!"

Şərhlər: 0

Şərh yaz