İrəvandakı qələbəsini Azərbaycana həsr edən türkiyəli idmançılar Səfirliyə dəvət olunublar
İrəvanda ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanaraq böyük nailiyyətlərini Azərbaycana həsr edən türkiyəli idmançılar - Cansu Bektaş, Qamze Altun və Nuray Güngör Azərbaycanın Türkiyədəki Səfirliyinə dəvət olunub.Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təbrik məktublarını, hədiyyələrini, xoş arzularını və dəvətlərini gənc idmançı qızlarımıza çatdırdıq. Sizinlə fəxr edirik!”, - deyə bildirilib.
Şərhlər: 0
Şərh yaz
