Azinfo » Siyasət » Xarici siyasət » Hulusi Akar: "Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı xalqlarımızın və bölgənin təhlükəsizliyinə yönəlib"

Hulusi Akar: "Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı xalqlarımızın və bölgənin təhlükəsizliyinə yönəlib"

Tarix : 12-05-2023   /   Siyasət / Xarici siyasət  
"Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı vacibdir".

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə deyib.

Hulusi Akar birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini bildirib.

Hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən cənab H.Akar bu təlimlərin hərbçilərin təcrübə qazanması üçün çox vacib olduğunu, hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.

Şərhlər: 0

Şərh yaz