Azinfo » Siyasət » Xarici siyasət » Stoltenberqin xüsusi nümayəndəsi ilə NATO müttəfiqlərinin enerji təhlükəsizliyində Azərbaycanın rolu müzakirə olunub

Stoltenberqin xüsusi nümayəndəsi ilə NATO müttəfiqlərinin enerji təhlükəsizliyində Azərbaycanın rolu müzakirə olunub

Tarix : 17-05-2023   /   Siyasət / Xarici siyasət  
Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Onlar Azərbaycan-NATO tərəfdaşlığını müzakirə ediblər.

Tərəflər eyni zamanda, NATO müttəfiqlərinin enerji təhlükəsizliyində Azərbaycanın rolu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə də iştirak edib.

Şərhlər: 0

Şərh yaz