Azinfo » Siyasət » Xarici siyasət » XİN: Ermənistanla sülh sazişi layihəsi üzrə bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb

XİN: Ermənistanla sülh sazişi layihəsi üzrə bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb

Tarix : 09-09-2024   /   Siyasət / Xarici siyasət  

"Ermənistan, Azərbaycanın irəli sürdüyü şərhlərə adekvat cavab vermək əvəzinə, layihədə vacib olan müddəaları çıxarmaqla problemləri görməməzlikdən gəlməyə çalışıb."

Azinfo. az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan xarici işlər nazirinin "sülh sazişi" və nəqliyyat kommunikasiyaları ilə bağlı bəyanatlarına münasibət bildirərkən yerli mediaya açıqlama verib.

"Layihədə irəliləyiş əldə olunsa da, təqribən 80% müddəalar razılaşdırılsa belə, bəzi məsələlər hələ də həllini tapmayıb. Bu isə o demək deyil ki, Ermənistanın təklif etdiyi kimi, razılaşdırılmamış müddəalar sadəcə layihədən çıxarılsın və saziş imzalansın. Bu yanaşma qəbuledilməzdir. Sülh sazişinin davamlı və uğurlu olması üçün iki ölkə arasında həll olunmamış bir sıra mühüm məsələlər layihədə öz əksini tapmalıdır," - deyə Ayxan Hacızadə vurğulayıb.

Şərhlər: 0

Şərh yaz