Azinfo » Siyasət » Xarici siyasət » Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə gedir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə gedir

Tarix : 18-09-2024   /   Siyasət / Xarici siyasət  

Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelər sentyabrın 18-də Kəlbəcərə səfər edəcəklər.

Azinfo.az-ın verdiyi məlumata görə, bu səfər Prezident İlham Əliyevin sentyabrın 2-də Kəlbəcərə etdiyi mühüm səfərin davamı kimi təşkil olunub. Həmin səfərdə dövlət başçısı Kəlbəcər rayonunda mühüm nəqliyyat və infrastruktur layihələrinin açılışında iştirak edib.

Nümayəndə heyətini Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edəcək.

Səfər çərçivəsində xarici qonaqlar Suqovuşan və Sərsəng su anbarlarını, “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcərdə inşa edilən yaşayış binalarını, orta məktəbi və "İstisu" mineral su zavodunu, eləcə də digər mühüm obyektləri ziyarət edəcəklər.

Qeyd edək ki, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri müntəzəm olaraq təşkil edilir və bu səfər də həmin ənənənin bir hissəsidir.

Şərhlər: 0

Şərh yaz